Rusiya strateji nüvə təliminə başlayaraq yeni hədə-qorxuya imza atıb. Rusiyanın bu addımından sonra rusiyalı rəsmi Moskvanın hədəfində olan 2 ölkəni açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polkovnik İqor Korotçenko deyib ki, nüvə müharibəsi Britaniya və ABŞ-ni xəritədən silə bilər:
“Rusiyaya ilk nüvə hücumunu kim edə bilər? ABŞ və Böyük Britaniya. Makronun bu macəraya qatılacaq biri olub-olmadığını bilmirəm... Əsl düşmənlərimizin kim olduğunu və onları nələrin gözlədiyini göstərməyimiz çox vacib idi. Əgər bu, təlim deyil, real missiya olsaydı, Britaniya Atlantik okeanının altında qalardı və ABŞ-ın əvəzinə İosif Stalinin adına yeni dəniz boğazı yaranardı. Mesaj göndərildi. Onların zehnini oyatmalı və təmizləməlidir. Bu, nüvə şantajı deyil. Əgər biz vurulsaq, həqiqətən də bunu edəcəyik”.