Alimlər xərçəngin yaranmasında epigenetikanın sirli rolunu anlamaq istiqamətində daha bir addım atıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərədəki Xərçəng Araşdırmaları İnstitutunun son işi xərçəngin diaqnostikası və müalicəsində mühüm yeniliklərə qapı açır.
Epigenetika, şəxsin hüceyrələrdəki DNT ardıcıllığını dəyişmədən davranışına və ətraf mühit faktorlarına görə hansı genlərin aktiv olacağını araşdıran sahənin adıdır.
Tədqiqatçıların məqsədi testləri və müalicələri fərdiləşdirə bilməkdir.
Tədqiqatçıların məqsədi testləri və müalicələri fərdiləşdirə bilməkdir.
Genetika dedikdə, DNT kodlarının nəsildən-nəslə ötürüldükcə dəyişdiyi yada düşür.
Buna görə də bu günə qədər aparılan tədqiqatlar ümumiyyətlə bu prosesdə baş verən mutasiyaların xərçəng əmələ gəlməsini necə səbəb olduğunu araşdırıb.
Ancaq son illərdə necə işlədiyi hələ ki tam aydınlaşdırılmayan epigenetikanın bu sahədə də mühüm rol oynadığı anlaşılıb.
Epigenomunuz illər ərzində harada və necə yaşadığınızdan asılı olaraq dəyişir.
Londondakı Xərçəng Araşdırma İnstitutunun Təkamül və Xərçəng Mərkəzinin direktoru Trevor Qrem, "Biz xərçəngi anlamaqda yeni həddə keçdik" - deyib.
Qrehem, DNT-nin hər hüceyrədə fərqli şəkildə dövr edə biləcəyini və bunun hansı genlərin aktivləşməsinə təsir edə biləcəyini söyləyib.
Məlum olub ki, genlərin necə bir-birinə qarışdığı da xərçəngin necə davranacağını müəyyən etmək üçün çox vacibdir.
O, "Bu kəşf xərçəng müalicəsini bu gündən sabaha dəyişdirəcək bir şey deyil, lakin bu, yeni müalicə üsullarının inkişafına imkan verə bilər. Həm genetik, həm də epigenetik dəyişiklikləri tədqiq etməklə, o insanda daha yaxşı işləyəcək fərdiləşdirilmiş xərçəng müalicələri hazırlaya bilərik" – deyib.
Döş xərçəngi ehtimalını artıran BRCA kimi mutasiyalar üçün gen testi, insanın yalnız həmin testdə araşdırılan xərçəng növünə qarşı həssaslığı haqqında məlumat verir.
Tədqiqatçılar epigenetik dəyişikliklərin xərçəngin davranışını birbaşa dəyişdirdiyinə dair heç bir dəlil tapmadıqlarını, bunu göstərmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu əlavə ediblər.