Kreml ABŞ-ni Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının iflasa uğramasında günahlandırıb və iddia edib ki, Vaşinqton Kiyevə “masadan qalxmaq” əmrini verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukraynanın mart ayında sülh sazişi layihəsi hazırladığını, lakin sonradan Kiyev nümayəndə heyətinin qəfildən danışıqlardan geri çəkildiyini iddia edib.
Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin “əvvəlcədən razılaşdırılmış bəndlərdən geri addım atılmasının arxasında Vaşinqtonun olduğunu” düşünür.
Rusiya və Ukrayna nümayəndə heyətləri mart ayında Türkiyə və Belarusda bir neçə dəfə masa arxasında oturub, lakin danışıqlar nəticəsiz qalıb. Rusiya həmin zamanlar sülh razılaşmasının əldə olunmamasında Qərbi günahlandırmışdı.