İynədən qorxanlar üçün inhalyasiya edilə bilən vaksin istehsal edildi

17:52 - 27 Oktyabr 2022

İynədən qorxanlar üçün inhalyasiya edilə bilən vaksin istehsal edildi

Kovid-19 peyvəndinə vurdurmaq istəyən, lakin ondan qorxanlar üçün Çin şirkəti inqilabi bir istehsal hıyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyanın ilk "inhalyasiya edilə bilən" Covid-19 peyvəndi hazırlanıb və “CanSino Biotech” tərəfindən istifadə edilməyə başlanıb.

Peyvəndin adı “Convidecia Air”dir.

Çin şirkəti tərəfindən hazırlanmış qaz halındakı peyvənd birləşməsini qapalı plastik stəkana doldurub “pipetka” ilə içmək olar.

Peyvənd yavaş-yavaş nəfəs vasitəsilə ağciyərlərə çəkilir və sonra nəfəs 5 saniyə saxlanılır. Bütün proses 20 saniyə çəkir. Saxlama xərcləri olmadığı üçün bu peyvəndin geniş yayılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az