İranın Qərbi Azərbaycan əyalətinin Məhabad şəhərində kütləvi küçə nümayişləri keçirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Məhabadda keçirilən aksiyada etirazçıların bank və dövlət binalarının şüşələrini sındırdığı bildirilir.
Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.
Bir saat davam edən aksiyada saxlanılanların olduğu deyilir.