Yaşayış binasında partlayış: ölən var

20:42 - 27 Oktyabr 2022

Yaşayış binasında partlayış: ölən var

İtaliyanın Toskana bölgəsinin Torre kəndində (Lukka əyaləti) kiçik yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə cümə axşamı əyalət polis idarəsi məlumat yayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, partlayış, ehtimal ki, məişət qazının sızması nəticəsində baş verib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İki mərtəbəli bina isə tamamilə uçub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az