Türkiyənin Şanlıurfa bölgəsində boş tarlada başından vurulmuş kişi meyiti tapılıb.
Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun avtosalonlarının yaxınlığında baş verib. Hadisə yerindən keçən vətəndaşlar yolun kənarındakı boş sahədə kişi meyiti aşkar ediblər. Hadisə ilə bağlı polisə və təcili yardıma məlumat verilib.
Əraziyə gələn polislər başından güllə yarası alaraq yerdə uzanmış 21 yaşlı Ferhat A-nın öldüyü müəyyən edib. Ölən gəncin meyiti morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır.