Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi “Zoom” videokonfrans platforması vasitəsilə keçirilən mətbuat konfransında Ağ Ev jurnalistlərinə ABŞ-nin xarici siyasəti haqqında məlumat verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin Ukrayna müharibəsini davam etdirməsinin "təxribatçı və təhlükəli" olduğunu vurğulayan Kirbi, "Ukraynaya yardımımızı çox açıq və səmimi şəkildə davam etdirəcəyik. Bu, yanaşmamızı dəyişməyəcək. Sadəcə deyim ki, istənilən ABŞ infrastrukturuna edilən hücuma qarşılıq veriləcək" - deyib.