Türkiyənin Sakarya şəhərində yaşı 18-dən az olan bir qrup gənc qız yaşıdları olan qızı döyərək saçından tutub yerdə sürüyüblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin görüntülər sosial şəbəkədə paylaşılaraq səs-küyə səbəb olub.
Hadisənin səbəbi hələ aydın olmasa da, paylaşılan görüntülərdən sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib.