İsveçdəki dəniz arxeoloqları 2021-ci ilin dekabrında tapılan batmış gəminin 17-ci əsrə aid Applet gəmisi olduğunu müəyyən ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ilin dekabr ayında Vaxholm adasında batmış gəmidə aparılan araşdırmalar nəticəsində gəminin İsveç Donanmasının döyüş gəmilərindən biri olan “Applet” olduğu müəyyən edilib. Dəniz arxeoloqu Jim Hansson kəşflə bağlı verdiyi açıqlamada, "Gəminin Vasa gəmisi ilə nə qədər oxşar olduğunu görəndə çox həyəcanlandıq" dedi.
Muzeyin digər dəniz arxeoloqu Patrik Höglund isə: “Ölçülər, ağac nümunələri və materiallar hamısı eyni istiqamətə işarə edir. Təəccüblüdür ki, biz Appleti tapdıq. Applet bizim mədəni irsimizin bir hissəsidir, ona görə də biz muzeydə konfrans keçirəcəyik və burada ziyarətçilərə Applet haqqında ətraflı məlumat verəcəyik”-dedi.
Bildirilib ki, applet Vasanı hazırlayan gəmiqayırma zavodu tərəfindən istehsal edilib.