İnstaqramda tez-tez bikinili və ya alt paltarında fotolarını paylaşan Natalia Qaribotto adlı modelin ötən ay yayımladığı fotonun 13 noyabrda "Papa tərəfindən bəyənildiyi" diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, CNA agentliyi Papanın İnstaqram hesabını bir komandanın idarə edtdiyini bildirib. Bununla bağlı Vatikan Instagram rəhbərliyindən izahat istəyib. İzahat tələb edildikdən sonra 14 noyabrda bəyənmələr geri alınsa da, Vatikan hesabın istifadəsi ilə bağlı araşdırmalara başlayıb.