Putini cəsəd torbasına "qoydular": Nazirlik binasına asılan bayraqlar gündəm oldu - FOTOLAR

21:01 - 28 Oktyabr 2022

Putini cəsəd torbasına \"qoydular\": Nazirlik binasına asılan bayraqlar gündəm oldu - FOTOLAR

Çexiyada Müstəqillik Günü münasibətilə Daxili İşlər Nazirliyininn binasına asılan iri ölçülü bayraqlar gündəmə çevrilib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin binasına ​​asılan Çexiya və Ukrayna bayraqlarının ortasına Rusiya prezidenti Vladimir Putinin cəsəd torbasında təsvir edilmiş şəkli yerləşdirilib.

Daxili işlər naziri Vit Rakusan sosial şəbəkədə bu barədə verdiyi açıqlamada deyib:

“1918-ci ildə Çexoslovakiyanın qurucuları kimi, bizim də bu çətin zamanda belə cəsarət və möhkəmlik göstərməyə davam etməyimizi istəyirəm. Ölkəmizi Çexiya bayrağı altında işğalçıya qarşı müdafiə edəcəyimizi və ölkəmiz uğrunda qürurla vuruşacağımızı dönə-dönə göstərəcəyik. Dostumuzun kim olduğunu bilirik. Onlar həm də bizim azadlığımız üçün qan tökürlər. Həmçinin düşmənimizin kim olduğunu da bilirik və onun bayrağımızı oğurlamasına imkan verməyəcəyik".


Putini cəsəd torbasına "qoydular" - Nazirlik binasına asılan bayraqlar gündəm oldu - FOTO
Putini cəsəd torbasına "qoydular" - Nazirlik binasına asılan bayraqlar gündəm oldu - FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az