İranın Çaharmahal və Bəxtiyar əyalətində iğtişaşlarda əli olan qrup üzvləri həbs edilib.
Manset.az, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Çaharmahal və Bəxtiyari əyaləti üzrə Kəşfiyyat Təşkilatı açıqlama verib.
Qeyd olunub ki, həbs olunan şəxslər bir evdə toplaşaraq, Çaharmahal və Bəxtiyari əyalətlərinin bəzi şəhərlərində iğtişaşlar zamanı təxribat törətmək, ictimai əmlakı məhv etmək məqsədi ilə yandırıcı materiallar və molotof kokteylləri hazırlayırdılar.
Məlumatda həbs olunan şəxslərin kimliyi açıqlanmasa da onların 3 nəfər olduğu və barələrində cinayət işi açıldığı bildirilib.