Böyük Britaniya kralı III Çarlz mərhum Kraliça II Yelizavetanın sevimli yarış atlarını sataraq 1 milyon funt-sterlinqdən çox pul qazanıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.
Bildirilir ki, satış monarxa cəmi 1,075 milyon funt sterlinq qazandırıb:
"II Yelizavetanın ölümündən sonra oğlu Çarlza onun atlarının bir hissəsi miras qalmışdı. Atların satılmasına baxmayaraq ailə ilə atçılıq arasında əlaqə davam edəcək, lakin kraliçanın malik olduğu miqyasda deyil”, - məlumatda deyilir.