Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 140-ı keçdi

09:47 - 31 Oktyabr 2022

Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 140-ı keçdi

Hindistanın Qucarat ştatında Maçxu çayı üzərindəki asma körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə çatıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 177 nəfər xilas edilib. 

Hazırda 2 nəfərin itkin düşdüyü bildirilir. 

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir. 

Xatırladaq ki, insident oktyabrın 30-u axşam saatlarında Morbi şəhərində baş verib. XIX əsrin sonunda inşa edilən körpü Divali bayramının qeyd olunması zamanı uçub. Körpü uçarkən üzərində 400-ə yaxın insan olub. İlkin məlumata görə, körpünün uçmasına səbəb onun çox yüklənməsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az