Rusiya Xersondan çəkilməyə başladı

12:17 - 31 Oktyabr 2022

Rusiya Xersondan çəkilməyə başladı

Ukrayna silahlı qüvvələrinin baş qərargahı iddia edir ki, Rusiya ağır artilleriyasını Xersondan çıxarmağı planlaşdırır və bu geri çəkilmə artıq başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Rusiya qoşunlarını Xerson vilayətindən çıxaracaq” deyən Ukrayna tərəfi bu qoşunların digər cəbhə bölgələrinə köçürüləcəyini açıqlayıb.

Ukraynanın hesabatında mövcud olan məlumata görə, Rusiya ordusu artilleriya bölmələrinin Xerson vilayətinin sağ sahilindən çıxarılması və sonradan digər mümkün istiqamətlərə ötürülməsi üçün hazırlıq tədbirləri görür.

Bu hazırlıqların həm ayrı-ayrı hərbi hissələrin, həm də onların hərbi texnikasının boşaldılması üçün getdiyi bildirilir.

Kreml rəsmiləri usə vəziyyətin dəyişmədiyini təkid edirlər.

Hətta Rusiyanın dəstəklədiyi Xerson qubernatoru Kirill Stremousovun sözlərinə görə, Ukrayna qüvvələri Xersona əks hücuma keçmək üçün qüvvə toplamaqda davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az