Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü

14:44 - 31 Oktyabr 2022

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi Rusiya raketi Moldova ərazisinə düşüb.

 

Manset.az qafqazinfo-ya istinadə xəbər verir ki, bu barədə məlumatı Moldova Daxili İşlər Nazirliyinin Mətbuat xidməti öz feysbuk hesabında paylaşıb. 

Bildirilir ki, raket Ukraynanın Vinnitsa vilayətinin yaxınlığında yerləşən Naslavça yaşayış məntəqəsinə düşüb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi evlərin pəncərələri sınıb. 

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın bir neçə vilayətini raket atəşinə tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az