Bu ölkə 14 rus və 7 quruma sanksiya tətbiq etdi

15:46 - 31 Oktyabr 2022

Bu ölkə 14 rus və 7 quruma sanksiya tətbiq etdi

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynaya hücumları davam etdiyi üçün Yeni Zelandiya 14 Rusiya və 7 qurumu sanksiya siyahısına əlavə edib.

Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta sanksiyaların Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarını hədəf aldığını ifadə edərək, " Rusiyanın Ukraynada qanunsuz və ədalətsiz işğalı və təcavüzünün davam etməsi onun böyük hərbi sənaye şəbəkəsinə malik olması ilə mümkündür. Bu gün biz Ukraynanı dəstəkləmək üçün 14 nəfəri və 7 qurumu sanksiya siyahısına əlavə etdik. Siyahıya hərbi qulluqçular, müdafiə qurumları, idarəçilər, dezinformasiya təşkilatları, hərbiləşdirilmiş təşkilatlar və yüksək rütbəli komandirlər daxildir” - deyib.

Rusiya dezinformasiya edən mətbuat təşkilatlarına da sanksiya tətbiq ediləcəyini bildirən Mahuta, “Sanksiyalar çərçivəsində Rusiya dezinformasiyasını həyata keçirən “İnfoRos” Xəbər Agentliyi və Krım mərkəzli “NewsFront” da siyahıya daxil edilib” – deyə, əlavə edib.

Yeni Zelandiya indiyədək 1200-dən çox Rusiya fərd və qurumuna sanksiya tətbiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az