“Münaqişəni başa çatdırmaq lazımdır” - Putin

16:16 - 31 Oktyabr 2022

“Münaqişəni başa çatdırmaq lazımdır” - Putin

“Münaqişə onilliklərdir davam edir və onu hər hansı şəkildə başa çatdırmaq lazımdır”.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya bunu dəstəkləyir: “İrəli getməyimizə imkan verəcək əsas məqamları tapmaq lazımdır”.

Putin Soçidəki danışıqların cari vəziyyəti müzakirə etmək üçün daha bir imkan olacağına ümid etdiyini qeyd edib: “Zənnimcə, hazırda ən vacibi sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Ümid edirəm ki, bu gün baş tutacaq görüşün yekununda irəli addım atmağa nail olacağıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az