Anatoli Karpov süni koma vəziyyətinə salındı

18:09 - 31 Oktyabr 2022

Anatoli Karpov süni koma vəziyyətinə salındı

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

 

Manset.az xəbər verir ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Hazırda şahmatçının reanimasiyada olduğu bildirilir.

Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni komaya salınıb.

Rusiya Şahmat Federasiyası qrosmeysterə hücum edilməsi səbəbindən travma alması xəbərini təkzib edib. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az