Rusiyada qismən səfərbərlik çərçivəsində bütün tədbirləri başa çatdı

19:03 - 31 Oktyabr 2022

Rusiyada qismən səfərbərlik çərçivəsində bütün tədbirləri başa çatdı

Ehtiyatda olan vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlı qismən səfərbərlik çərçivəsində bütün tədbirlər başa çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qismən səfərbərlik üçün istifadə edilən toplama məntəqələri əvvəlki təyinatına uyğun olaraq fəaliyyətinə davam edəcək. Eyni zamanda, ehtiyatda olan vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasına cəlb olunan hərbi komissarlıqların şəxsi heyətinə də adi qaydada öz vəzifələrinə qayıtmaları barədə göstəriş verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az