Kayserinin Felahiye rayonunda ova çıxan Faruk Dəmirci ölü tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ürək tutması nəticəsində öldüyü ehtimal edilən Dəmirçinin cansız bədəni tibbi ekspertizaya aparılıb.
Hadisə ötən gün Felahiye rayonunun Alparslan məhəlləsi yaxınlığındakı dağda baş verib. Dağlıq bölgəyə ova gedən Faruk Dəmircidən xəbər ala bilməyən yaxınları vəziyyəti jandarma və sağlamlıq qruplarına xəbər verib. Xəbərdarlıqdan sonra hadisə yerinə gələn qruplar Dəmirçinin tapılması üçün işə başlayıb. Bölgədə axtarış aparan qruplar boş sahədə Dəmirçinin cəsədini tapıb. Ürək tutması nəticəsində öldüyü ehtimal edilən Dəmirçinin cansız bədəni tibbi ekspertiza üçün Kayseri Dövlət Xəstəxanasına aparılıb.
Jandarma hadisə ilə bağlı araşdırma başlatdı.