Bolqarıstanda Türkiyənin iştirakı ilə birgə hərbi dəniz təlimi başladı

23:45 - 31 Oktyabr 2022

Bolqarıstanda Türkiyənin iştirakı ilə birgə hərbi dəniz təlimi başladı

Bazar ertəsi Bolqarıstanın ərazi sularında, ölkənin cənub Qara dəniz sahilindəki Burqas şəhəri yaxınlığında “Poseydon 2022” minalardan təmizləmə təlimi başlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir k, noyabrın 5-dək davam edəcək manevrlərdə Bolqarıstan, Rumıniya, Belçika, Yunanıstan, Latviya və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti iştirak edir.

Təlimlərin məqsədi minatəmizləmə tədbirlərinin planlaşdırılması və aparılması, dayaz suların tədqiqi və aşkar edilmiş döyüş sursatlarının məhv edilməsi üzrə şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsidir. Təlimi NATO standartlarına və prosedurlarına uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, “Poseydon” təlimləri 2002-ci ildən bəri hər il Bolqarıstan və Rumıniya sularında növbəli şəkildə təşkil olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az