Finlandiyanın baş naziri Sanna Marin Türkiyə və Macarıstanı Finlandiyanın NATO-ya üzvlük müraciətlərini təsdiqləməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Marin, “Artıq bütün diqqətlər Macarıstan və Türkiyə üzərindədir. Bu ölkələrin müraciətlərimizi təsdiqləməsini gözləyirik. Düşünürəm ki, bunun gec-tez baş verməsi vacibdir” – deyib.