Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov taxıl dəhlizi ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kubrakov bildirib ki, Rusiya tərəfindən taxıl dəhlizi sazişinin fəaliyyətini dayandırmasına baxmayaraq, Ukraynadan taxıl daşıyacaq 8 gəminin noyabrın 3-də Ukrayna limanlarını tərk etməsi planlaşdırılır:
“Qara Dəniz Taxıl Təşəbbüsü davam edir. Cümə axşamı, noyabrın 3-də taxıl dəhlizindən kənd təsərrüfatı məhsulları daşıyan 8 gəminin keçəcəyi gözlənilir. BMT-nin razılığını aldıq. Bundan əlavə, sabah Boğaziçidə yoxlamalar aparılacaq”.