Danimarkada keçirilən ümumi seçkilərdə qalib gələn baş nazir Mette Frederiksen istefa ərizəsini kraliçaya təqdim etdiyini və geniş iştirakla hökumət qurmaq üçün işə başlayacağını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Danimarkada dünən keçirilən ümumi seçkilərdə az fərqlə qalib gələn Baş nazir Mette Frederiksenin Sosial Demokratlar Partiyası parlamentdəki səslərin 27,5 faizini qazanaraq ən çox səs toplayan partiya olub.
İlkin nəticələrə görə seçkinin qalibi olan Frederiksen istefa ərizəsini kraliçaya təqdim etdiyini və mərkəz əsasında geniş iştiraklı hökumətin qurulması üçün işlərə başlayacağını bildirib.
Frederikseni dəstəkləyən solçu qırmızı blokda 14 siyasi partiya parlamentdəki 179 yer uğrunda mübarizə apararaq seçkilərdə 87 yerə çatıb. Danimarka mediası səslərin hesablanmasının davam etdiyi Qrenlandiyadan 2, Farer adalarından isə 1 mandatın əlavə edilməsi ilə sol blokun 90 mandatla çoxluq əldə etdiyini bildirib. Jakob Ellemann-Jensenin rəhbərlik etdiyi sağçı mavi blok parlamentdə ikinci ən böyük qrup idi.