“İnsulini icad edən adamla danışdım” - Baydendən ŞOK AÇIQLAMA

17:47 - 02 Noyabr 2022

“İnsulini icad edən adamla danışdım” - Baydendən ŞOK AÇIQLAMA

ABŞ prezidenti Co Bayden Floridada keçirilən tədbirdə çıxışı zamanı heyrətamiz açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden, o doğulmazdan bir il əvvəl vəfat edən həkim Frederik Bantinqlə danışdığını iddia edib:

 “Şəkərli diabet üçün insulin preparatının istehsalının nə qədər baha olduğunu bilirsinizmi? Bu dərmanı patentinin ictimai olmasını istəyən bir adam istehsal edib. Mən onunla danışdım. Yaxşı?”.

İnsulinin ixtiraçıları həkim Frederik Bantinq və professor Con Ceyms Riçard Makleod 1921-ci ildə insulini kəşf etdikdən sonra 1923-cü ildə Nobel mükafatına layiq görülüblər. Makleod 1935-ci ildə, Bantinq isə 1941-ci ildə vəfat edib.

Rəsmi məlumatlara görə, Co Bayden 20 noyabr 1942-ci ildə anadan olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az