Çavuşoğlu Blinkeni “Taxıl sazişi”nin bərpası ilə bağlı məlumatlandırdı

18:26 - 02 Noyabr 2022

Çavuşoğlu Blinkeni “Taxıl sazişi”nin bərpası ilə bağlı məlumatlandırdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Ukraynaya dair son hadisələr, xüsusilə də taxıl dəhlizi müzakirə edilib.

Nazir Çavuşoğlu həmkarına “Taxıl sazişi”nin bundan sonra da problemsiz həyata keçirilməsini təmin etmək üçün Türkiyənin səyləri barədə məlumat verib.

Blinken öz növbəsində Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə minnətdarlığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az