Ən zəhərli əqrəb tərəfindən sancıldı: 7 dəfə infarkt keçirdi (FOTO)

19:22 - 02 Noyabr 2022

Ən zəhərli əqrəb tərəfindən sancıldı: 7 dəfə infarkt keçirdi (FOTO)

Qısa müddətdə 7 dəfə infarkt keçirən uşaq dünyasını dəyişib.

 

Braziliyada yaşayan 7 yaşlı Luiz Miguel Furtado Barbosa adlı uşaq ailəsi ilə düşərgəyə gedərkən gözlənilməz vəziyyətlə qarşılaşıb. O, ayaqqabısını geyinmək istəyərkən əqrəb onu sancıb. Anası Angelita Proenca Furtado oğlunun qışqırdığını, sonra isə vəziyyətinin pisləşdiyini bildirib. Xəstəxanaya aparılan uşaq 2 günlük müalicədən sonra 7 dəfə ürək tutmasından dünyasını dəyişib. Ana Angelita Proenca Furtado yaşadığı şok hadisəsi haqqında dedi: “O, ayaqqabılarını geyinərkən çox möhkəm qışqırdı. Onu nəyin sancdığını tapa bilmək üçün axtarışımıza davam etdik. Ayağı qızarmağa başladı və ağrıları artdı. O zaman bunun həqiqətən də əqrəb sancması olduğunu anladım və hansının olduğunu öyrənmək üçün dəli kimi axtarışa başladıq”.

Luiz Sao Paulo Universitetinin Tibb Məktəbi Klinika Xəstəxanasına yerləşdirilib və dərhal uşaq şöbəsinə aparılıb. Müalicəsi davam edərkən gözlərini açıb anası ilə danışmağa çalışan balaca Barbosa 7 dəfə infarkt keçirərək faciəvi şəkildə dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az