İŞİD-in "qadın batalyon komandiri" Allison Fluke-Ekrenə 20 il həbs cəzası

20:12 - 02 Noyabr 2022

İŞİD-in \"qadın batalyon komandiri\" Allison Fluke-Ekrenə 20 il həbs cəzası

İŞİD-in qadın batalyonunun komandiri olduğunu etiraf edən amerikalı Allison Fluke-Ekren ölkəsində 20 il həbs cəzasına məhkum edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kanzasda doğulub boya-başa çatan 42 yaşlı keçmiş müəllim 8 il ərzində İraq, Suriya və Liviyada “terror aktlarında iştirak etmək”də ittiham olunurdu.

Fluke-Ekren iyun ayında Virciniya ştatında keçirilən ilk məhkəmə iclasında ittihamları qəbul edib və uşaqlar da daxil olmaqla 100-dən çox qadına hərbi təlim keçdiyini etiraf edib.

Məhkəməyə təqdim edilən sənədlərə görə, Türkiyə vətəndaşı, Liviyada yerləşən Ənsar əş-Şəriyə üzvü Volkan Ekrenlə ikinci dəfə evlənən Allison onunla birlikdə ABŞ-dan Liviyaya, oradan da Suriyaya keçib. 

Məhkəmənin qərarından əvvəl rəy bildirən prokuror Fluke-Ekrenin "törətdiyi cinayətlərə görə kifayət etməyəcək olsa belə" qanunun ən yüksək həddinə qədər cəzalandırılmasını istəyib.

Müdafiə vəkilləri isə qadının Suriyadakı müharibə zamanı travma aldığını bildirib və cəzanın yüngülləşdirilməsini istəyiblər. Amma məhkəmənin qərarı ən yüksək həddə çataraq, ciddi hökm oxundu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az