9 yaşlı məktəbli qız hamilə qaldı

21:34 - 02 Noyabr 2022

9 yaşlı məktəbli qız hamilə qaldı

Zimbabvedə doqquz yaşlı məktəbli qızın hamiləliyi ilə bağlı ilk hadisə qeydə alınıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, uşaq ilin sonuna qədər dünyaya gəlməlidir.

Qızın hamiləliyin 33-cü həftəsində Bulavayo şəhərindəki xəstəxanaya aparıldığı qeyd edilir. Xəstəxananın baş meneceri vəzifəsini icra edən Harrison Rambanapasi deyib ki, belə bir hadisənin olduğunu təsdiqləyə bilər.

Hökumət xidmətləri bu işin bütün təfərrüatlarını müəyyən etmək üçün araşdırmalara başlayıb. Atanın axtarışları davam edir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az