Böyük Britaniyadan daha 4 rusiyalı oliqarxa SANKSİYA

22:13 - 02 Noyabr 2022

Böyük Britaniyadan daha 4 rusiyalı oliqarxa SANKSİYA

Britaniya daha 4 rusiyalı oliqarxı sanksiya siyahına salıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya hökumətindən verilən açıqlamada, sanksiya tətbiq ediləcək adlar siyahısına polad istehsalçısı “Evraz”ın keçmiş top-menecerləri Aleksandr Qriqoryeviç Abramov və Aleksandr Vladimiroviç Frolovun da əlavə edildiyi bildirilib.

Açıqlamada bildirilib ki, Rusiyanın “OAO Tatavtodor” nəqliyyat və tikinti şirkətinin baş direktoru və Direktorlar Şurasının üzvü Ayrat Mintimeroviç Şaymiyev və “AO TAIF” Şirkətlər Qrupunun baş direktoru Albert Kaşafoviç də Böyük Britaniyanın sanksiya siyahısındadır.

Hökumətin sanksiya qərarı çərçivəsində 4 oliqarxın ölkəyə səyahətinə qadağa qoyulub, onların bütün aktivləri dondurulub.

Bəyanatda fikirləri yer alan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Bu gün Putinə güvənən və qarşılığında onun döyüş maşınına maliyyə verən 4 oliqarxa qarşı sanksiyaları təsdiq edirik”, - bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az