Şahzadə Diananın sol əlinin əsl formasına uyğun olaraq hazırlanmış heykəl gələn həftə hərracda satılacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1997-ci ildə baş verən faciəvi qəzadan sonra həyatını itirən, lakin uzun illərdən sonra da adından söz etdirməyə davam edən Diananın sol əl kastinqi Colchesterdəki Reeman Dansie hərrac evində böyük maraq doğuran satışa çıxarılacaq. Dünyaca məşhur heykəltəraş Oskar Nemon tərəfindən hazırlanmış əl heykəlinin təxminən 40 min funt sterlinqə satılacağı gözlənilir. 1985-ci ildə vəfat edən Nemon daha əvvəl Kraliça Elizabet, Uinston Çörçill və Ziqmund Freyd kimi adları heykəlləndirmişdi.
Şahzadənin ölümündən 25 il sonra 3 il istifadə etdiyi, lakin xüsusilə İngiltərə ictimaiyyəti tərəfindən unudulmayan Ford Escort avtomobili bu ilin əvvəlində 650 min lirəyə satılıb.