Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad etdi

23:50 - 02 Noyabr 2022

Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apta Alaudinovu Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Alaudinov Aptı Aronoviç 2022-ci il oktyabrın 31-dən öz təşəbbüsü ilə Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin”, – sərəncamda bildirilib.

Eyni zamanda, Alaudinov respublika rəhbərinin güc bölməsi üzrə köməkçisi və Ukraynadakı hərbi əməliyyatda iştirak edən “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri vəzifələrinin icrasını davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az