Qlobal istiləşmə səbəbindən bu şəhər SU ALTINDA QALACAQ

11:52 - 03 Noyabr 2022

Qlobal istiləşmə səbəbindən bu şəhər SU ALTINDA QALACAQ

Misirin ikinci böyük şəhəri olan İsgəndəriyyənin və limanın əhəmiyyətli bir hissəsinin qlobal istiləşmə səbəbiylə önümüzdəki illərdə su altında qala biləcəyini proqnozlaşdırılır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Misir mediasında 2050-ci ilə qədər İsgəndəriyyənin üçdə birinin su altında qalacağı ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlığa əsasən, 6 milyon əhalisi olan şəhərdən 1 milyon 500 min insanın köç etməli ola biləcəyi, şəhərdəki qədim əsərlər və tarixi sərvətlərin də böyük təhlükə ilə üzləşdiyi bildirilib.

İsgəndəriyyənin dəniz sahilinin hər il 3 millimetr yüksəldiyi və qarşıdakı 30 ildə Aralıq dənizinin sularının bir metr yüksələ biləcəyi qeyd edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az