Ermənistan Təbrizdə konsulluq açacaq

16:42 - 03 Noyabr 2022

Ermənistan Təbrizdə konsulluq açacaq

Ermənistan İranda konsulluq açacaq.

 

Masnet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə danışıb.

Onun sözlərinə görə, gələn il Uruqvayda səfirlik, Təbriz və Vladiqafqazda konsulluğun açılması planlaşdırılır.

“Təbrizdə konsulluğun açılmasına gəlincə, bu, İranın Qafandakı konsulluğunun işinə erməni tərəfinin cavabıdır”, - deyə Ermənistanın XİN rəhbəri bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az