Sergey Lavrovdan taxıl ixracı AÇIQLAMASI

17:15 - 03 Noyabr 2022

Sergey Lavrovdan taxıl ixracı AÇIQLAMASI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl daşınması üzrə yeni açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın taxıl müqaviləsi üzrə öhdəliklərinin ixrac baxımından yerinə yetirilməli olduğunu vurğulayan Lavrov, "Razılaşmanın Ukrayna hissəsi həyata keçirilib. Bununla belə, eyni zamanda, BMT-nin baş katibi Quterreşin tövsiyə etdiyi Rusiyanın taxıl sazişi, gübrə və gübrə ixracına maneələrin aradan qaldırılmasını əhatə edən sazişin ikinci hissəsi ilə bağlı hələ də heç bir nəticə görmürük”.

Lavrov, müqavilənin Rusiya taxılına aid hissəsinin də yerinə yetirilməli olduğunu bildirib və Rusiya taxılının Ukrayna taxılından daha çox olduğuna bəyan edib:

“Bu müqavilənin ikinci hissəsi ilə bağlı dediyim kimi, tezliklə çox ciddi tədbirlər görülməlidir. Rusiya tərəfinin taxılının miqdarı Ukrayna malları ilə müqayisə olunmayacaq dərəcədə çoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az