Xəbər verdiyimiz kimi, tviteri alan “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask “mavi tık” üçün 8$ məbləğində aylıq qiymət təyin edib. Bu, sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mask buna cavab olaraq tviterdə yeni paylaşım edib.
O, paylaşdığı fotoda bildirib ki, 8$ cəmi bir fincan kofenin qiymətidir.
Bir fincan kofe 30 dəqiqəyə bitir, “mavi tık” isə 30 gün qalır.
