KİV: Şimali Koreya Yapon dənizinə əlavə 3 raket atdı

18:47 - 03 Noyabr 2022

KİV: Şimali Koreya Yapon dənizinə əlavə 3 raket atdı

Şimali Koreya bu gün Yapon dənizi istiqamətində əlavə olaraq 3 ədəd yaxınmənzilli raket atıb.

 

Manset.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Qərargah rəisləri komitəsi məlumat yayıb.

Həmçinin qeyd olunub ki, bundan öncə də ballistik raketin atılması barədə məlumat yayılmışdı, lakin raketin növü təyin edilməyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Şimali Koreya tərəfindən atılan digər 3 raketdən birinin, böyük ehtimalla, “Xvason-17” materiklərarası ballistik raketi, 2 ədəd isə yaxınmənzilli raket olması haqda məlumat yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az