Almaniyanın Stadtallendorf şəhərində 28 yaşlı qadın keçmiş əri tərəfindən 41 yerindən bıçaqlanaraq öldürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ötən bazar günü restoranda olan 28 yaşlı qadın keçmiş həyat yoldaşının danışmaq istəyini rədd edib. Bunun üzərinə qadının arxasınca evinə gedən keçmiş həyat yoldaşı 19 santimetrlik bıçaqla qadını 41 yerdən bıçaqlayıb. Ağır yaralanan qadın qan itkisindən hadisə yerində keçinib. Təcavüzkar keçmiş həyat yoldaşı polisə təslim olub. Avropa Statistika İdarəsinin (Eurostat) apardığı araşdırmaya görə, Almaniya qadın qətli üzrə Avropa lideridir. Almaniyada Federal Polis İdarəsinin (BKA) məlumatına görə, ölkədə demək olar ki, hər gün bir qadın qətli törədilir, bir qadın isə hər 45 dəqiqədən bir partnyoru tərəfindən zorakılığa məruz qalır.