Maykl Taunsend adlı gənc rəssam hər kəsin xəyal etdiyi alış-veriş mərkəzində yaşamaq arzusunu reallaşdırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maykl bir səhər yeni açılan ticarət mərkəzində gəzərkən mağazaların altındakı istifadə olunmayan yerdə gizli otaq görüb.
1999-cu ildə ABŞ-ın Rhode Island şəhərində Providence Place Ticarət Mərkəzinin altında gördüyü bu otağı öz mənzili kimi istifadə etməyə başlayıb. Onu buna ruhlandıran isə radioda eşitdiyi “ticarət mərkəzində yaşamaq”la bağlı reklam olub. Gənc rəssam bundan çox təsirlənib.O, kürək əşyalarını dostları ilə daşıyıb və heç kimə xəbər vermədən ticarət mərkəzinə köçüb. Maykl orada uzun müddət yaşamaq istəyirdi. Buna görə o, hətta kiçik mənzili üçün divan və playstation da aldı! Amma o, nə axar suyu, nə də şəxsi lavaboları olmadığından ticarət mərkəzinin lavabosundan istifadə edirdi. Maykl 4 il ticarət mərkəzindəki bu mənzildə yaşadı. Maykl izah etdi ki, hətta mənzilə mətbəx də əlavə etməyi planlaşdırıb. Yalnız gecələr mənzilində vaxt keçirdiyini izah edən Maykl sonda mühafizəçilər tərəfindən tutularaq təxliyyə edilib.Maykl ticarət mərkəzi tərəfindən məhkəməyə verildi və şərti azadlığa buraxıldı. Lakin ona ömürlük ticarət mərkəzinə giriş qadağan edilib.