"Onlar həbsxanada deyil, məktəbdə olmalıdırlar" - Şüşənin içinə atdığı məktubla kömək istədi (FOTO)

21:30 - 03 Noyabr 2022

\"Onlar həbsxanada deyil, məktəbdə olmalıdırlar\" - Şüşənin içinə atdığı məktubla kömək istədi (FOTO)

İngiltərənin cənub-şərqindəki Kent şəhərindəki Manston immiqrasiya mərkəzində bir qız, hasarın üstündən atdığı şüşənin içərisindəki mətn mesajı ilə kömək çağırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Press Association agentliyinin fotoqrafına atılan şüşə içərisindəki mesajda “Bizim həqiqətən köməyinizə ehtiyacımız var. Zəhmət olmasa bizə kömək edin”.

Mesajda immiqrasiya mərkəzindəki şəraitin çətinlikləri və baş verənlər təsvir edilir.

Bundan əlavə, hamilə qadınların və immiqrasiya mərkəzində olan xəstələrin köməyə ehtiyacı olduğu bildirilir.

Mərkəzdə əlil uşağın olduğu da xəbərdə bildirilib.

“Uşağı olanlar üçün asan deyil... Uşaqlar çoxdur. Onlar burada olmamalıdırlar. Onlar həbsxanada deyil, məktəbdə olmalıdırlar”.

Manstondakı mərkəzdə 30 gündən artıqdır ki, 50 ailənin saxlandığını bildirən qız immiqrasiya mərkəzinin “həbsxana kimi” olduğunu və “jurnalistlərdən, təşkilatlardan və hər kəsdən” kömək istədiyini bildirib.

İngiltərə Daxili İşlər Nazirliyi bütün immiqrantların əsas ehtiyaclarının qarşılandığını açıqladı.

Daxili işlər naziri Suella Braverman Manston immiqrasiya mərkəzində tıxacları azaltmaq üçün miqrantların otellərə köçürülməsi təklifini əngəlləməkdə günahlandırılıb.

Hökumət həmçinin immiqrantların Manstondakı immiqrasiya mərkəzində qanunsuz olaraq dörd həftəyə qədər saxlanılması ilə bağlı tənqidlərlə üzləşib.

Mərkəz eyni anda maksimum 1600 immiqrant qəbul etməli olsa da, Kentdəki yerli rəsmilər bu rəqəmin indi 4000-ə yaxınlaşdığını bildirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az