12 yaşında doktoranturaya hazırlaşır - FOTO

19:28 - 04 Noyabr 2022

12 yaşında doktoranturaya hazırlaşır - FOTO

Belçikada cəmi 12 yaşı olan Laurent Simons-un magistratura pilləsini bitirdiyi və doktoranturaya hazırlaşdığı açıqlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın sahilyanı Ostende şəhərində anadan olan və qısa zamanda istedadına görə təhsil həyatının pillələrini sürətlə keçən 12 yaşlı Laurent Simons-un magistratura təhsilini başa vurduğu və doktorantura hazırlığına başladığı açıqlanıb. Almaniyada fizika üzrə doktorantura hazırlığına başladığı bildirilən Simonsun həyatından bəhs edən film də çəkəcəyi iddia edilib.

Bildirilib ki, “Kiçik Eynşteyn” kimi tanınan Simons 145 İQ-ya malikdir və bu səviyyə məşhur fiziklər Albert Eynşteyn və Stefan Hokinqə yaxındır. İlk dəfə 9 yaşında universitetə ​​başlayan və 11 yaşında məzun olan dahi ali təhsilini 12 yaşında ortalama 88 balla başa vurub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az