ABŞ Ukraynaya 45 “T-72” tankının Kiyevə təhvil verilməsini nəzərdə tutan daha 400 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu brifinqdə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Sabrina Sinq deyib.
O bildirib ki, nazirlik Ukraynaya təhlükəsizlik yardımı üçün təxminən 400 milyon dollar ayırıb:
“Yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində həyata keçiriləcək”.