Roma Papası dünyanı sülhə çağırdı

22:20 - 04 Noyabr 2022

Roma Papası dünyanı sülhə çağırdı

Katoliklərin ruhani lideri Papa Fransisk dünyanı Ukraynada davam edən müharibəni dayandırmağa çağırıb.

 

Manset.az xəbər verir ki, Roma Papası Fransisk Bəhreynin Sihayr Kral Sarayında keçirilən "Bəhreyn Dialoq Forumu: Şərq və Qərb insanların birlikdə yaşaması üçün" adlı iclasında çıxışı zamanı insanları sülhə səsləyib.

O, dünyanı Rusiyanın Ukraynaya hücumu qarşısında səssiz qalmamağa çağırıb:

"Görünür, faciəvi bir ssenarinin şahidi oluruq. Diqqət və qayğı əvəzinə atəşə, raketlərə, gözyaşlarına və ölümə səbəb oluruq. Silahla oynayırıq".

"Ukraynada davam edən müharibəni dayandırmaq və tərəflər arasında ciddi danışıqlara başlamağa vaxtıdır",- deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az