"Türkiyə diqqətini taxıl sazişin uzadılmasına yönəldəcək" - Ərdoğan

23:55 - 04 Noyabr 2022

\"Türkiyə diqqətini taxıl sazişin uzadılmasına yönəldəcək\" - Ərdoğan

Türkiyə taxıl dəhlizinin fəaliyyətinin bərpa olunmasından sonra diqqətini sazişin uzadılmasına yönəldəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşü zamanı bildirib.

Ərdoğan həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair prosesin iki ölkənin atacağı addımlardan asılı olduğunu da qeyd edib.

Bundan əlavə, Türkiyə lideri Yunanıstanın aqressiv addımlarına da diqqət çəkib.

Onun sözlərinə görə, bölgədə gərginliyi artıran Yunanıstan ehtiyatlı davranaraq dialoqa qayıtmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az