ABŞ Cənubi Koreyada keçirilən hərbi təlimlərdə “B-1B”lərdən istifadə edəcək

14:06 - 05 Noyabr 2022

ABŞ Cənubi Koreyada keçirilən hərbi təlimlərdə “B-1B”lərdən istifadə edəcək

ABŞ bu gün Cənubi Koreyada keçirilən hərbi təlimlər zamanı strateji bombardmançı təyyarələrdən istifadə edəcək.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Şimali Koreyanın müttəfiqlərin təlimlərinə etiraz olaraq son günlər bir çox silah sınaqları keçirməsindən sonra ABŞ Hərbi Hava Qüvvələri ABŞ-Koreya hərbi təlimləri zamanı “B-1B” strateji bombardmançı təyyarələrini yerləşdirəcək.

Qeyd olunur ki, birgə hava təlimləri bazar ertəsindən davam edir və KXDR-in təxribatlarına cavab olaraq bir gün də - şənbə gününə uzadılıb.

“B-1B” 2017-ci ildən sonra ilk dəfə ABŞ-Koreya təlimlərində istifadə olunacaq. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az