İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər öldü

21:25 - 05 Noyabr 2022

İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər öldü

İtaliyanın Apuliya bölgəsində helikopter qəzaya uğrayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə regionun vitse-prezidenti Rafaele Piemontese bildirib.

Helikopterin içərisində olan 7 nəfərin hamısı ölüb.

Adriatik dənizindəki Tremiti adasından havaya qalxan “Agusta A109” helikopteri radarlardan itib.

Ölən dörd nəfərin Sloveniyadan olan eyni ailənin üzvləri olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az