26 yaşlı aktrisa faciləli şəkildə öldü

22:50 - 05 Noyabr 2022

26 yaşlı aktrisa faciləli şəkildə öldü

Avstraliyalı aktrisa Erika Xoy avtomobil qəzasi nəticəsində vəfat edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 26 yaşlı aktrisa aktyorluq məşqindən qayıdarkən baş verib. Onun maşını yük maşınına çırpılıb. Qəzanın ardınca sükan arxasında əyləşən 38 yaşlı Karli Eylin Riçards qaçmağa cəhd göstərib.

O, polis tərəfindən saxlanılıb, və təhlükəli avtomobil idarə etmək, hadisə yerini tərk etməyə cəhd də daxil olmaqla üç maddə ilə ittiham olunub. Buna baxmayaraq, Karli hüquq-mühafizə orqanlarına hadisənin təfərrüatlarını verməkdən və maşını idarə edənin özü olduğunu təsdiqləməkdən imtina edib.

Maşında aktrisanın əkiz bacısı Liza və sevgilisi də olub. Onlar da xəstəxanaya yerləşdiriliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az