Türkiyədə mədəndə PARTLAYIŞ: Yaralılar var

09:43 - 06 Noyabr 2022

Türkiyədə mədəndə PARTLAYIŞ: Yaralılar var

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Bu barədə Manset.az  “Haber Global”a istinadən xəbər verir.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az